17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
322 vakant vəzifəyə ərizə qəbulu başlayıb - DİM
Tarix: 05-01-2019 15:16 | Bölmə: Cəmiyyət
322 vakant vəzifəyə ərizə qəbulu başlayıb

14 dövlət orqanında dövlət qulluğu vəzifələrinin A (26 vəzifə) və B (296 vəzifə) növünə aid olan 322 vakant vəzifənin tutulması üçün yanvarın 4-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinə ərizə qəbulu davam edir.

Reyting.az
-ın xəbərinə görə, Dövlət İmtahan Mərkəzi (DİM) bildirir ki, yanvarın 5-nə olan məlumata əsasən, müsahibədə iştirak etmək üçün hələlik 120 nəfər qeydiyyatdan keçib.

Onlardan 118-i dövlət qulluğu vəzifələrinin B növünə (inzibati rəhbər vəzifələr) aid olan vəzifələrin, 2-si isə A növünə aid olan vəzifələrin (inzibati icraçı vəzifələr) tutulması üçün müraciət edib.

Xatırladaq ki, qeydiyyat fevralın 4-dək aparılacaq. Namizədlər saat 18:00-dək (30 gün müddətində) “Dövlət qulluğu üzrə müraciət Forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, ümumilikdə müsahibəyə çıxarılmış 322 vakant vəzifənin 48-i 5-ci təsnifata, 47-si 6-cı təsnifata, 227-si 7-ci təsnifata aid olmaqla, 1-i AB, 25-i AC, 46-sı BA, 249-u isə BB vəzifə qrupuna aiddir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}