16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Keçmiş nazir Hüseynqulu Bağırovun oğlu Almaniyada 6 milyona bina alıb - Fotolar
Tarix: 05-01-2019 16:26 | Bölmə: Cəmiyyət
Keçmiş nazir Hüseynqulu Bağırovun oğlu Almaniyada 6 milyona bina alıb

Bir həftə öncə bəzi kütləvi informasiya vasitələrində keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun ölkə xaricində ailəsinə məxsus olan onlarla şirkət və elit mülk haqda yazılmışdı.

Reyting.az bildirir ki, bloqer Cavanşir Həsənli keçmiş nazirin çoxmilyonlu aktivlərinin Böyük Britaniyada, Almaniyada, Avstriyada, Çexiyada, Kiprdə və Türkiyədə cəmləndiyi barədə sənədlər tapmağa nail olmuşdu.

Cavanşir Həsənli öz araşdırmasının davamını yayıb. Həmin araşdırmadan məlum olur ki, keçmiş nazirin oğlu Lətif Bağırov Almaniyada 6 milyon avroya bina alıb.

Keçmiş nazir Hüseynqulu Bağırovun oğlu Almaniyada 6 milyona bina alıb

İnformasiyaya əsasən, Lətif Bağırov və onun bacısı Sevinc Bağırova hələ 2006-cı ilin sentyabrında Venada Liegenschaftsverwertungs GmbH şirkətini qeydiyyatdan keçiriblər. Şirkət FN 283461 f qeydiyyat nömrəsinə malikdir, ofisi isə Venada HütteldorferstraBe 110 ünvanında yerləşir.

Hazırda bu şirkətin səhmlərinin 94 faiz Lətif Bağırovun WUImmo Center GmbH alman şirkətinə məxsusdur, 6%-i isə Hüseynqulu Bağırovun bacısı Düriyə Nuriyevanın mülkiyyətindədir.

Keçmiş nazir Hüseynqulu Bağırovun oğlu Almaniyada 6 milyona bina alıb

WU Immo Center GmbH 2016-cı il iyunun 11-də Vupertal şəhərində qeydiyyata alınıb, sonra isə Hofkamp 71 ünvanında yerləşən binanı alıb. Hazırda bina kirayəyə verilir və sahiblərinə hər ay hər kvadrat metrə görə 8,25 avro gəlir gətirir. Əvvəlcə Düriyə Nuriyeva da WU Immo Center GmbH şirkətinin sahibkarlarından hesab edilirdi, amma 2017-ci ilin iyul ayından onun tək sahibi Lətif Bağırovdur.

Şirkətin nizamnamə kapitalı cəmi 25 min avro təşkil edir, baxmayaraq ki, Almaniyada onun aktivləri 6,17 milyon avro dəyərində qiymətləndirilir.

Keçmiş nazir Hüseynqulu Bağırovun oğlu Almaniyada 6 milyona bina alıb

Bloqer, Qlazqoda yerləşən Buchanan Arms mehmanxanasının şəkillərini də yayıb. Baxmayaraq ki, mehmanxana üç ulduzludur, müalicə və istirahət üçün çox gözəl yer hesab edilir. Mehmanxananı Sevinc Bağırova özü idarə edir. Mehmanxana personalının şəkillərindən birində Hüseynqulu Bağırovun oğlu Lətif Bağırov da obyektivə düşüb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}