Nazirlikdə yeni təyinat olub
Tarix: 07-01-2019 11:48 | Bölmə: Cəmiyyət
Nazirlikdə yeni təyinat olub

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub.

Reyting.az
xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nə direktor təyin edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri vəzifəsinin icrası isə Vüqar Hüseynova tapşırılıb. Vüqar Hüseynov buna qədər həmin şöbədə müdir müavini vəzifəsində çalışıb.

Yeri gəlmişkən, Anar Hüseynovun bu vəzifəyə təyinatı dekabr ayında baş tutub. Lakin məlumat bu gün təsdiqlənib.

Xatırladaq ki, "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Nazirlər Kabinetinin 26 sentyabr tarixli qərarı ilə yaradılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}