Rusiyada azərbaycanlı baba və nəvə qazdan boğuldu
Tarix: 08-01-2019 10:54 | Bölmə: Cəmiyyət
Rusiyada azərbaycanlı baba və nəvə qazdan boğuldu

Rusiyanın Maqadan vilayətinin Susumanskiy rayonunda yaşayan azərbaycanlı ailənin iki üzvü dəm qazından boğulublar.

Reyting.az Rusiya mediasına istinadən bildirir ki, 49 yaşlı Mayisə Aslanova və 9 yaşlı nəvəsi Ruslan yaşadıqları evdə ölü tapılıblar.

Qonşularının aşkar etdiyi nənə və nəvənin evdə sobadan sızan dəm qazından boğularaq öldükləri aşkar edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}