Ağsuda soyuqdan donaraq ölmüş kişi meyit tapılıb
Tarix: 14-01-2019 05:34 | Bölmə: Cəmiyyət
Ağsuda soyuqdan donaraq ölmüş kişi meyit tapılıb

Ağsu rayonunun Qaraqoyunlu kəndi ərazisində yol kənarından meyit tapılıb.

Araşdırmalar nəticəsində məlum olub ki, vəfat etmiş şəxs həmin kəndin sakini Məmmədov Çingiz Məmməd oğludur.

İlkin məlumata görə, Ç. Məmmədov həddindən artıq spirtli içki qəbul etdikdən sonra, yıxılaraq yol kənarındakı arxda yatıb və şaxtalı havada soyuq onun ölümünə səbəb olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.(Report)




Bölməyə aid digər xəbərlər
11-04-2024, 18:09 Bakıda qətl törədilib
10-04-2024, 12:15 Sabah yağış yağacaq

{sape_links}{sape_article}