17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Azərbaycanda 53 minə yaxın insan ölüb - Statistika
Tarix: 21-01-2019 17:15 | Bölmə: Cəmiyyət
Azərbaycanda 53 minə yaxın insan ölüb

2018-ci ilin yanvar-noyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 127681 doğulan körpə qeydə alınıb.

Reyting.az bildirir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd edilib.

Bu göstərici əhalinin hər 1000 nəfərinə 14,2 təşkil edib. Körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır. Doğulan körpələrdən əkizlərin sayı 2462, üçəmlərin sayı isə 108 olub.

2018-ci ilin 11 ayı ərzində ölkədə 52 733 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,8 təşkil edib.

Qeydiyyat şöbələrində 2018-ci ilin yanvar-noyabr aylarında 56888 nikah və 13655 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,3, boşanmaların sayı isə 1,5 olub.

Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumlarında ötən ilin yanvar-noyabr ayları ərzində daimi yaşamaq üçün Azərbaycana 3103 nəfər gələn, Azərbaycandan isə 1558 nəfər gedən qeydə alınıb, ölkə üzrə miqrasiya saldosu müsbət 1545 nəfər təşkil edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}