16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
AzTV-də daha bir kadr dəyişikliyi olub - Təyinat
Tarix: 29-01-2019 15:33 | Bölmə: Cəmiyyət
AzTV-də daha bir kadr dəyişikliyi olub

"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (AzTV) aparılan kadr islahatları davam etdirilir.

İsmət Bünyadzadə AzTV-də Texniki istehsalat birliyinin rəisi Arzu Abbdullayevin I müavini təyin edilib. İsmət Bünyadzadə buna qədər İctimai Televiziyada çalışırdı.

"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin mətbuat katibi Xatirə Qasım Modern.az-a məlumatı təsdiqləyib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 15-də imzaladığı sərəncamla Arif Alışanov qurumun sədri vəzifəsindən azad olunub. Dövlət televiziyasının sədri vəzifəsinin icrası tanınmış jurnalist Rövşən Məmmədova tapşırılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}