Ölkəmizdə “donuz qripi”nin olması təsdiqləndi
Tarix: 01-02-2019 11:45 | Bölmə: Cəmiyyət
Ölkəmizdə “donuz qripi”nin olması təsdiqləndi

Ölkəmizdə 16 nəfərdə A (H1N1) virusunun (donuz qripi) olması Respublika Taun Əleyhinə Stansiyanın laboratoriyasında təsdiqini tapıb.

Bu barədə Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev məlumat verib. O bildirib ki, 16 nəfərin virusa yoluxması bu nəticələrə uyğun olaraq Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən də təsdiqlənib.

İ. Ağayev bildirib ki, Azərbaycanda hazırda nə epidemiya, nə də pandemiya var: “Mövsümi qrip müşahidə edilir. A(H1N1) virusu müşahidə edilən 16 nəfərdən hazırda xəstəxanada olanı isə yoxdur, onlar hamısı sağlam vəziyyətdədir".




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}