16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ölkəmizdə cins nisbətinin pozulmasının qarşısı alınacaq - Sənəd hazırlanıb
Tarix: 06-02-2019 08:36 | Bölmə: Cəmiyyət
Ölkəmizdə cins nisbətinin pozulmasının qarşısı alınacaq

Azərbaycan Hökuməti və BMT-nin Əhali Fondunun əməkdaşlığı ilə doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılmasına dair Milli Fəaliyyət Planının hazırlanması nəzərdə tutulur.

Reyting.az
Trend-ə istinadla xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H. Hüseynovanın sözlərinə görə, doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılmasına dair Milli Fəaliyyət Planının hazırlanması ilə əlaqədar olaraq 2017-ci ilin dekabr ayında BMT Əhali Fondu tərəfindən ABŞ-ın Merilend Universitetinin professoru, demoqrafiya sahəsi üzrə tədqiqatçı Monika Das Qupta dəvət edilib:

Ölkəmizdə cins nisbətinin pozulmasının qarşısı alınacaq
H. Hüseynova

"O, bir sıra dövlət və qeyri-dövlət təşkilatlarının nümayəndələri ilə görüşlər keçirib. 2018-ci ilin birinci yarısında ilkin sənəd hazırlanaraq dövlət qurumlarına göndərilib. 2018-ci ilin oktyabr ayında isə həmin sənəd müəllifin iştirakı ilə aidiyyatı dövlət qurumlarının məsul şəxslərinin, millət vəkillərinin, qeyri-hökumət təşkilatlarının, tanınmış mütəxəssislərin iştirakı ilə ictimaiyyətə təqdim edilib və müzakirələr aparılıb. Hazırda sənəd üzrə son işlər görülür və bu il Milli Fəaliyyət Planının qəbulu nəzərdə tutulur".

Komitə sədri əlavə edib ki, hazırda dünyanın bir sıra ölkələrində aktual problemlərdən biri də doğulan uşaqların cinsə görə nisbətinin pozulmasıdır. Əfsuslar olsun ki, Azərbaycan da bu problemdən kənarda qalmayıb. Son 20 ildə kişilərin sayı sürətlə artıb və əhali arasında cins nisbəti demək olar ki bərabərləşib:

"Belə ki, hazırda əhalinin 49.9%-ni kişilər, 50.1%-ni qadınlar təşkil edir. Problemin aradan qaldırılması istiqamətində maarifləndirmə işlərinin geniş şəkildə aparılması və səhiyyə xidmətlərinin inkişaf etdirilməsi vacibdir. Xüsusilə kənd yerlərində qadınlar arasında bir çox məsələlərlə (ailə planlaması, hamiləlikdən qorunma, süni mayalanma, reproduktiv sağlamlığın qorunması, doğulan uşaqların cinsə görə nisbətinin pozulması və s.) bağlı maarifləndirmə kampaniyalarının aparılması zəruridir".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}