16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Nazirlikdə yeni təyinatlar olub - Siyahı
Tarix: 06-02-2019 17:59 | Bölmə: Cəmiyyət
Nazirlikdə yeni təyinatlar olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinatlar olub.

Nazirliyin məlumatına görə, telejurnalist Şahin Əliyev nazirliyin tabeliyindəki DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin mətbuat katibi vəzifəsinə təyin edilib.

O, bundan öncə AzTV, Lider TV, ARB TV və ATV-də müxtəlif vəzifələrdə çalışıb, bır sıra telelayihələrin rəhbəri və aparıcısı olub.

Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi vəzifəsi isə telejurnalist Əsmər Nəcməddinqızına həvalə olunub.

O, bu təyinata qədər ATV-nin "Xəbər” proqramının aparıcısı idi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}