Komissiya məhbusların əfv hazırlıqlarını davam etdirir - Yenilənib
Tarix: 28-02-2019 12:35 | Bölmə: Cəmiyyət
Komissiya məhbusların əfv hazırlıqlarını davam etdirir

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının 2019-cu il üçün növbəti iclası keçiriləcək.

İclasda məhbusların əfv olunması üçün daxil olan müraciətlərə baxılacaq, müzakirələr aparılacaq.

Məlumata görə, Əfv Komissiyasının katibliyi və əfv sektoru daim işləyir, mütəmadi olaraq müraciətləri qəbul edir. Komissiyaya 1000-dən artıq müraciətin daxil olduğu bildirilir.

Xatırladaq ki, 2018-ci ilin may ayında Cümhuriyyətin 100 illiyilə bağlı Prezident tərəfindən imzalanan böyük əfv sərəncamı ilə 634 məhkum cəzadan azad edilib. Onlardan 609 nəfər azadlıqdan məhrumetmə cəzasının qalan hissədindən azad olunub.

***

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

İclasda daxil olan müraciətlərin daha bir qisminə baxılıb.

Bildirilib ki, növbəti iclaslarda müraciətlərin qalan hissəsinə baxılması da nəzərdə tutulur.

Qeyd edək ki, komissiyaya daxil olan müraciətlərə baxıldıqdan sonra siyahı Prezident İlham Əliyevə təqdim ediləcək. Dövlət başçısının Novruz bayramında əfv sərəncamı imzalayacağı gözlənilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}