07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
“Təzadlar” qəzetinin adı “qara siyahı”ya salındı
Tarix: 01-03-2019 19:05 | Bölmə: Cəmiyyət
“Təzadlar” qəzetinin adı “qara siyahı”ya salındı

Martın 1-də Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə və apelyasiya komissiyalarının birgə iclası keçirilib.

Reyting.az-a şuradan verilən məlumata görə, iclasda şuranın şikayətlər üzrə komissiyasının “Təzadlar” qəzeti ilə bağlı “Reket jurnalistika”ya qarşı mübarizə komissiyasına ünvanladığı təqdimat ətrafında müzakirə aparılıb.

Müzakirə zamanı bildirilib ki, “Təzadlar”ın fəaliyyətində “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın prinsiplərinin pozulması halları davamlı hal almaqdadır. Qəzetin adı vaxtilə suranın “qara siyahı”sında yer alıb.

Qeyd olunub ki, qəzetlə bağlı Mətbuat Şurasına son bir il ərzində intensiv müraciətlər daxil olub və qəzet şuranın şikayətlər üzrə komissiyasının tövsiyələrinə əhəmiyyətsiz yanaşıb. Buna görə də təklif edilib ki, “Təzadlar” qəzetinin adı yenidən şuranın “qara siyahı”sına daxil edilsin.

Apelyasiya komissiyası "Ailə”, “Avrotayms”, “Bakı press”, “Güzgü”, “Dünya kriminal” və “Obyektiv fikir” qəzetlərinin adlarının da şuranın “qara siyahı”sından çıxarılması təklif olunub. Nəzərə alınıb ki, sözügedən nəşrlər barədə uzun müddətdir şuraya şikayətlər daxil olmur, bəziləri artıq fəaliyyətini dayandırıb.

Bununla bağlı qərar yekdilliklə qəbul edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}