14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Məşhur yazıçının oğlu arvadı ilə oğlunu öldürüb intihara cəhd etdi
Tarix: 02-03-2019 20:57 | Bölmə: Cəmiyyət
Məşhur yazıçının oğlu arvadı ilə oğlunu öldürüb intihara cəhd etdi

Moskvanın şimal-şərqində yerli sakinin arvadını və oğlunu amansızlıqla qətlə yetirməsinin səbəbi aydın olur.

Reyting.az
Rusiya mediasına istinadən bildirir ki, faciə martın 2-də səhər tezdən baş verib.

29 yaşlı Mariya və onun 6 yaşlı oğlunun meyitləri onların qohumlarının mənzilində aşkarlanıb. Bu zaman qadının əri bıçaqla çoxsaylı zərbələr vuraraq özünü öldürməyə cəhd edib.

Məlumata görə, kişi oğluna bizlə 60-dan çox zərbə vurub. Digər məlumata görə, o, əvvəlcə arvadını boğmağa cəhd edib, onun başına zərbələr endirib, sonra ona bizlə 40-a yaxın zərbə vurub.

Bir versiyaya görə, cinayətə səbəb ailə başçısının psixoloji durumudur. Tanışları iddia edirlər ki, ailə mehriban yayaşıb, ailə başçısı fəal şəkildə idmanla məşğul olub.

“REN TV” kanalının xəbərinə görə, hadisəni törətməkdə şübhəli bilinən yazıçı (Krım) Aleksandr Nikitinin oğludur. Cütlük bir müddət əvvəl Ukraynadan Moskvaya, öldürülənin nənəsinin yanına gəlib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}