Arvadını öldürən kişi meyiti su hövzəsinə atıb
Tarix: 04-03-2019 17:39 | Bölmə: Cəmiyyət
Arvadını öldürən kişi meyiti su hövzəsinə atıb

Polis və prokurorluq orqanları keçmiş illərdən bağlı qalan ağır cinayətin üstünü açıb.

Reyting.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 2013-cü il yanvarın 6-dan itkin düşən kimi Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin axtarışa verdiyi Kamilə Cəfərovanı həyat yoldaşı, Qobustan qəsəbə sakini Nazim Cəfərovun qətlə yetirdiyi müəyyən edilib.

Nazim Cəfərov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma zamanı müəyyən edilib ki, Nazim Cəfərov 2012-ci ilin sonlarında yaşadığı Qobustan qəsəbəsində Kamilə Cəfərovanı kəsici alətlə qətlə yetirəndən sonra meyitini qəsəbə ərazisindəki su hövzəsinə atıb.

2013-cü il noyabrın 20-də qadının meyiti həmin yerdən çürümüş vəziyyətdə aşkar edilsə də, o vaxt onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}