Əfv komissiyası 100-dən çox müraciəti araşdırıb
Tarix: 04-03-2019 18:11 | Bölmə: Cəmiyyət
Əfv komissiyası 100-dən çox müraciəti araşdırıb

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

İclasda 100-dən çox müraciətə baxılıb, onların əksəriyyətinə müsbət rəy verilib. İndiyədək keçirilən iclaslarda ümumilikdə 500-ə yaxın müraciətə baxıldığı bildirilib.

Qeyd edək ki, komissiyaya 1000-dək müraciət daxil olub. İclaslar yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.

Xatırladaq ki, Novruz bayramı ərəfəsində əfv olacağı gözlənilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}