23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Bakıda güclü yanğın olub; Ölən və xəsarət alanlar var
Tarix: 06-03-2019 10:05 | Bölmə: Cəmiyyət
Bakıda güclü yanğın olub; Ölən və xəsarət alanlar var

Bakının Nərimanov rayonunda yanğın hadisəsi baş verib.

Hadisə Nərimanov rayonunda, Malik Məmmədov -12 ünvanında, 23:30 radələrində, məcburi köçkünlərin məskunlaşdığı yataqxana binasının 3-cü mərtəbəsində qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri, habelə təcili yardım maşınları cəlb edilib. Yanğın söndürülüb.

Məlumata görə, hadisə zamanı 8 nəfər tüstüdən boğulub və ya yanğın zamanı xəsarət alıb. Onlardan 2-i - Surxay Əliyev və həyat yoldaşı Elza Əliyeva ölüb. Tüstüdən boğulmuş 1 nəfər Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, digər 5 nəfər isə Respublika Toksikologiya Mərkəzinə yerləşdiriliblər.

Qeyd edək ki, yanğın 15-20 kvadrat metr sahədə baş verib. İlkin ehtimala görə, hadisəyə binanın elektik xətlərindəki qısaqapanma səbəb olub.(Report)

***

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Nərimanov rayonunda yerləşən yataqxanada baş verən yanğınla bağlı rəsmi məlumat yayıb.

Məlumatda Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin balansında olan, hazırda Ağdam rayon məcburi köçkünlərinin məskunlaşdığı beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində 1942-ci il təvəllüdlü Səriyə Hacıyevaya məxsus, ümumi sahəsi 20 m² olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ümumi dəhlizə yığılmış ev əşyaları 5 m² sahədə, 1 ədəd plastik pəncərə çərçivəsi və 50 p.m elektrik kabellərinin yandığı bildirilib.

Yanğın zamanı 6 nəfər tüstüdən zəhərlənmiş halda, 1953-cü il təvəllüdlü Əliyeva Eliza İdris qızı və 1951-ci il təvəllüdlü Əliyev Surxay Yusif oğlunun meyitləri tüstülənmiş mənzillərdən yanğınsöndürənlər tərəfindən çıxarılaraq Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının təcili tibbi yardım briqadalarına təhvil verilib, daha 42 nəfər bina sakini təxliyə olunub.

***

Səhiyyə Nazirliyi də yanğın hadisəsi ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, yanğın zamanı təcili yardıma ümumilikdə 22 müraciət daxil olub.

Qeyd olunub ki, onlardan 8 nəfərə yerində yardım edilib: "14 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib, onlardan 5 nəfər hospitalizasiya edilib və vəziyyətləri orta-ağır qiymətləndirilir. Digərləri ambulator qaydada ilkin yardım göstərildikdən sonra evə buraxılıblar. İki nəfər isə həkimlər hadisə yerinə çatana qədər ölüb”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:54 Sabah yağış yağacaq
17-03-2024, 14:32 Sabah yağış yağacaq

{sape_links}{sape_article}