Azərbaycandan Moskvaya sərnişin daşıyan mikroavtobus qəzaya düşdü – 6 nəfər həyatını itirdi - Siyahı
Tarix: 06-03-2019 11:05 | Bölmə: Cəmiyyət
Azərbaycandan Moskvaya sərnişin daşıyan mikroavtobus qəzaya düşdü – 6 nəfər həyatını itirdi

Azərbaycandan Moskvaya sərnişin daşıyan mikroavtobus Rusiyanın Stavrapol vilayətində qəzaya düşüb.

"Mercedes” markalı mikroavtobus qarşı yola çıxan "ZİL” markalı yük avtomobili ilə toqquşub. Nəticədə 6 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər, onların vəziyyəti ağırdır.

Reyting.az xəbər verir ki, qəza nəticəsində ölən Azərbaycan vətəndaşlarının adları açıqlanıb. ONA-nın Rusiya bürosunun məlumatına görə, həmin şəxslər aşağıdakılardır:

- 1975-ci il təvəllüdlü Həsənov Rəsul Ənvər oğlu

- 1983-cü il təvəllüdlü İsmayılov Şəmsi Tanrıverdi oğlu

- 1962-ci il təvəllüdlü Əhmədov Namiq Tohid oğlu

- 1969-cu il təvəllüdlü Abdullayev Ələmdar Niftalı oğlu

- 1984-cü il təvəllüdlü Quliyev Vüsal Alı oğlu

- 1988-ci il təvəllüdlü Şirinov Xəyal Hamlet oğlu.

Bildirilir ki, sərnişinlərdən 4-ü hadisə yerində, digər 2-si isə xəstəxanaya çatdırılarkən yolda ölüb. İlkin olaraq hadisəyə səbəb kimi yük avtomobilinin sürücüsünün sükan arxasında yuxuya getməsi göstərilir.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:54 Sabah yağış yağacaq
17-03-2024, 14:32 Sabah yağış yağacaq

{sape_links}{sape_article}