AMEA prezidentinin qərarı narazılıq yaradıb - Müraciət
Tarix: 06-03-2019 14:30 | Bölmə: Cəmiyyət
AMEA prezidentinin qərarı narazılıq yaradıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə “EvroStroy-S” şirkəti arasında bağlanmış müqaviləyə görə, Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun binası söküləcək.

Reyting.az
Bizimyol.info-ya istinadla xəbər verir ki, bu barədə aspirantlar yataqxanası sakinlərinin müraciətində qeyd olunur.

Xatırladaq ki, Fiziologiya İnstitutunun direktoru Ulduz Həşimova institutun binasının sökülməyəcəyini bildirib. Amma alimlər bunu təkzib edirlər.

“Doğurdan da Ulduz xanımın məlumatı yoxdur ki, Zoologiya İnstitutunda Fiziologiya İnstitutu üçün yer ayrılıb? AMEA ilə “EvroStroy-S” şirkəti arasında 14.11.2012-ci il tarixində bağlanmış “Podrat müqaviləsi”nin, 08.07.2015-ci il tarixində isə izalanmış “Bağlanmış Podrat müqaviləsinə əlavələr protokolu”nun məqsəd və təyinatının nədən ibarət olduğunu da başa düşmür, ya da düşmək istəmir… Görəsən Akif Əlizadənin hansı sehri ilə 0,66 ha ərazi 1,026 ha əraziyə çevrilib?”,- deyə aspirantlar yataqxanasının sakinləri bildirirlər.

Onlar qeyd edirlər ki, Fiziologiya İnstitutu hələ 2018-ci il sentyabr ayında sökülməli idi: “Ancaq AMEA və “Evrostroy-S” MMC yenə də bu məsələni uzadırlar. Buna səbəb isə biz, mənzilsiz qalan yataqxana sakinləridir. Tərəflərin bağladıqları müqavilə üçüncü tərəfin, yəni yataqxana sakinlərinin xeyrinə bağlanmışdır. Müqaviləyə əsasən göstərilən ərazidə tikilən yeni binada mənzil almaq hüququ pozulan yataqxana sakinləri mənzillə təmin olunmalıdır. Hələ 2018-ci ilin yayında tikinti şirkətinin nümayəndəsi olan Samir İsayev sakinlərlə görüşü zamanı qeyd edib ki, Fiziologiya İnstitutu söküləcək, yerində tikilən binadan isə yataqxana sakinlərinə mənzil ayrılacaq. Ancaq AMEA prezidenti Akif Əlizadə nəinki Fizologiya İnstitutunu və hətta 2012-ci il də sokülməsi üçün qərar verilmiş aspirantlar yataqxanasının sökülmə qərarını belə dayandırıb”.

AMEA prezidentinin qərarı narazılıq yaradıb




Bölməyə aid digər xəbərlər
Dünən, 12:54 Sabah yağış yağacaq
17-03-2024, 14:32 Sabah yağış yağacaq

{sape_links}{sape_article}