16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Yanan evdə ata və oğlu öldü - Xaçmazda
Tarix: 07-03-2019 09:38 | Bölmə: Cəmiyyət
Yanan evdə ata və oğlu öldü

Xaçmaz rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə rayonun Yalama kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi sahəsi 20 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğının kəşfiyyatı zamanı 1984-cü il təvəllüdlü Qədirov Əjdər Tofiq oğlunun və 2013-cü il təvəllüdlü Qədirov Taleh Əjdər oğlunun yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}