16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
Eldar Əzizov: "...evlərin kütləvi şəkildə sökülməsi nəzərdə tutulmayıb"
Tarix: 09-03-2019 12:58 | Bölmə: Cəmiyyət
Eldar Əzizov: "...evlərin kütləvi şəkildə sökülməsi nəzərdə tutulmayıb"

"Bu günlərdə Bakının "Xutor" kimi tanınan ərazisində evlərin kütləvi şəkildə sökülməsi nəzərdə tutulmayıb".

Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

"Düzdür, Bakıda böyük nailiyyətlər var. Hər şəhərdə olduğu kimi, problemlər də mövcuddur. Məsələlərə ardıcıllıqla baxılır və ardıcıllıqla da məlumat veriləcək", - deyə o qeyd edib.

Reyting.az Report-a istinadla xəbər verir ki, E. Əzizov Bakıda görkəmli ziyalılarmıza heykəl qoyulması ilə bağlı dövlət başçısının tapşırıq verdiyini də diqqətə çatdırıb.

Onun sözlərinə görə, hazırda mütəxəssislər, memarlar bununla bağlı təkliflər hazırlayır: "Bir sözlə, proses başlayıb. Bunlardan biri də Hacı Zeynalabdin Tağıyevə heykəl qoyulmasıdır. Hazırda memarlar təkliflərini hazırlayır, yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək".

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}