23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Sərnişin təyyarəsi qəzaya uğradı - 157 nəfərin taleyi naməlumdur - Yenilənib
Tarix: 10-03-2019 12:54 | Bölmə: Cəmiyyət
Sərnişin təyyarəsi qəzaya uğradı - 157 nəfərin taleyi naməlumdur

Bu gün səhər Efiopiyadan Keniyanın Nayrobi şəhərinə uçan “Boeing 737” sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 157 nəfər olub.

Virtualaz.org xəbər verir ki, Efiopiyanın baş naziri Abi Əhməd Əlinin “Twitter” mikrobloqunda yazdığına əsasən, qəzaya uğramış təyyarə “Ethiopian Airlines” aviaşirkətinə məxsus olub.

Baş nazir qəza nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, hələlik qəzada ölənlər barəsində rəsmi məlumat yoxdur.

***

Efiopiyada qəzaya uğramış "Ethiopian Airlines" aviaşirkətinə məxsus "Boeing 737" tipli sərnişin təyyarəsində 35 ölkənin vətəndaşları həlak olub.

"Ethiopian Airlines" aviaşirkətindən verilən məlumata görə, təyyarədə 149 sərnişin və 8 heyət üzvü olub: “Faciənin qurbanı 35 dövlətin vətəndaşı olub. Onlardan 32-i Keniyanın, 18-i Kanadanın, 9-u Efiopiyanın, 8-i İtaliyanın, 8-i Çinin, 8-i ABŞ-ın, 7-i Böyük Britaniyanın, 7-i Fransanın, 6-ı Misirin, 5-i Almaniyanın, 4-ü Hindistanın, 4-ü Slovakiyanın, 3-ü Avstriyanın, 3-ü İsveçin, 3-ü Rusiyanın, habelə Mərakeşin, İspaniyanın, Polşanın, İsrailin vətəndaşları olublar.

Bundan başqa, həlak olanlar arasında Belçika, Cibuti, İndoneziya, İrlandiya, Mozambik, Norveç, Ruanda, Səudiyyə Ərəbistanı, Sudan, Somali, Serbiya, Toqo, Uqanda, Yəmən, Nepal, Nigeriya vətəndaşları, BMT pasportu daşıyan bir sərnişin də olub”.

Qeyd edək ki, qəzaya uğrayan təyyarədə Slovakiya parlamentinin deputatı Anton Qrnkonun həyat yoldaşı, oğlu və qızı da həlak olub.

Bu barədə deputatın özü “Facebook” səhifəsində məlumat paylaşıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:54 Sabah yağış yağacaq
17-03-2024, 14:32 Sabah yağış yağacaq

{sape_links}{sape_article}