23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Vəkillərin qarşılıqlı ittihamı əndazəni aşır
Tarix: 10-03-2019 17:32 | Bölmə: Cəmiyyət
Vəkillərin qarşılıqlı ittihamı əndazəni aşır

Tanınmış vəkil Adil İsmayılovun Vəkillər Kollegiyasına ittihamları qarşı tərəfin səbr kasasını daşırıb. Kollegiyanın sədri Anar Bağırov Adil İsmayılova sərt cavab verib.

Anar Bağırov bildirib ki, son 20 gün ərzində Adil İsmayılov (O, Adil İsmayılovun adını “İ.A” kimi təqdim edib), bir necə keçmiş vəkil və hakimiyyətlə əbədi problemləri olan başqa şəxslər Vəkillər Kollegiyasına qarşı yalan, absurd, uydurma, şaiyə şəklində məlumatlar paylaşır, vəkilləri təhqir edirlər.

A. Bağırovun sözlərinə görə, bu məlumatlarla bağlı Rəyasət Heyəti dərhal bəyanat yayıb, onları yayan şəxslərdən təkzib vermələrini tələb etsə də, təkzib əvəzinə, yalan və böhtan xarakterli məlumatları yaymaqda davam edirlər.

Kollegiya rəhbəri bildirib ki, həmin şəxslər əvvəl belə məlumatlar yayıblar ki, guya Vəkillər Kollegiyasının hazırki binası Rəyasət Heyətinin rəhbərliyinə məxsusdur. Eyni zamanda, keçmiş rəhbərlikdən 1 milyon manatın qalması və mənimsənilməsi, israf olunması iddia edilir. A. Bağırovun sözlərinə görə, həmin şəxslər indi də məlumat yayırlar ki, 12 saylı Vəkillər Bürosu Rəyasət Heyətinin hesabına təmir olunub: “Yalanlara əlavə olaraq 12 saylı Vəkillər Bürosunun binasının əvvəllər Vəkillər Kollegiyasına məxsus olması, sonradan isə dövlət mülkiyyətinə keçməsi barədə yeni və yalan xəbərlər paylaşırlar”.

Kollegiya rəhbəri qeyd edib ki, mövzunu sosial şəbəkədə şouya çevirmək böhtançıların arzusu və məqsədidir.

A. Bağırov həmin şəxslərin məqsədlərini də açıqlayıb:

1. Apardığımız işlərə cəmiyyətdə kölgə salmaq;

2. Rəyasət Heyətini ləkələmək, əsassız olaraq cinayətdə ittiham etmək, nüfuzdan salmaq;

3. Özlərini cəmiyyətə mübariz şəxs kimi sırımaq;

4. Vəkillikdə konflikt yaratmaq və s.

Kollegiya sədrinin iddiasına görə, əlbir olmuş adamların şəxsiyyətləri onu deməyə əsas verir ki, bu plan xüsusi olaraq cızılıb, əvvəlcədən ssenari hazırlanıb, Vəkillər Kollegiyasının uğurlu fəaliyyətini durdurmağa hədəflənib: "Ancaq bunlar bilməlidirlər ki, Vəkillər Kollegiyası öz yolundan dönməyəcək, işimizi daha da gücləndirəcəyik, inkişafımız davam edəcək, hər böhtana görə də onu yayan şəxs qanun qarşısında cavab verəcək!”

A. Bağırov əleyhdarlarına mesaj yollamağı da unutmayıb:

“Bu sizə məşhur idman brendi olan “Adidas”ın adının saxtalaşdırılması deyil ki, illərlə məsuliyyətsiz qalsın. Böhtançılar indi qoy hər böhtanı sübüt etsinlər. Demirlər ki, sənədləri var, qoysunlar ortaya. Bu isə mümkün deyil, ola da bilməz.
Kişi sözünün ağası olar, sözünün ağası olmayan necə adlanır?"

Adil İsmayılov isə Anar Bağırovun açıqlamasına belə cavab verib: "Danışdıqca batırsınız. Yolunuz açıq olsun! Demişdim axı, göründüyünüzdən də cılızsınız. Adam körpə uşaq kimi küsüb, məni sosial şəbəkədə bloklayıb, barəmdə nəsə yazır, ancaq adımı çəkməyə də çəkinir.

Tağı müəllim demişkən, artıq hərəkətlərə nə ehtiyac var? Ya suallarıma cavab verəcəksiniz, ya da özüm alacam...".

A. İsmayılov qeyd edib ki, o, adamı dindirməyi də, alovlandırmağı da, söndürməyi də əla bilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:54 Sabah yağış yağacaq
17-03-2024, 14:32 Sabah yağış yağacaq

{sape_links}{sape_article}