23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Bakı Dövlət Universitetinə yeni rektor təyin edildi - Sərəncam
Tarix: 11-03-2019 16:56 | Bölmə: Cəmiyyət
Bakı Dövlət Universitetinə yeni rektor təyin edildi

Prezident İlham Əliyev Elçin Babayevin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Reyting.az xəbər verir ki, Elçin Babayev 1965-ci il aprelin 4-də Naxçıvan şəhərində anadan olub.

Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktorudur. Bu təyinata qədər Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru idi.

Elçin Babayev həm də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər üzrə direktor müavini vəzifəsində çalışır.

BDU-nun əvvəlki rektoru Abel Məhərrəmov ötən il noyabrın 15-də vəzifəsindən azad olunub.

***
Qeyd edək ki, ölkə başçısının digər sərəncamaı ilə E. Babayev Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsindən azad edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:54 Sabah yağış yağacaq
17-03-2024, 14:32 Sabah yağış yağacaq

{sape_links}{sape_article}