23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
İdmançı Kamil Zeynallı həbs edildi
Tarix: 12-03-2019 15:07 | Bölmə: Cəmiyyət
İdmançı Kamil Zeynallı həbs edildi

Polis idmançı Kamil Zeynallını saxlayıb.

Reyting.az “report”a istinadən bildirir ki, Kamil Zeynallı Nərimanov rayon Məhkəməsinə aparılıb.

O, İnzibati Xətallar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə ittiham olunur.

Nərimanov rayon Məhkəməsində idmançı Kamil Zeynallının 10 sutka həbs olunması barədə qərar çıxarılıb.

Qərarda göstərilib ki, Kamil Zeynallı Heydər Əliyev Mərkəzinin yaxınlığında telefonla danışarkən ucadan təhqiredici sözlər işlədib.

Onun hərəkəti yaxınlıqdakı insanların narahatlığına səbəb olub. Bu zaman ərazidə olan Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları onu saxlayıblar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:54 Sabah yağış yağacaq
17-03-2024, 14:32 Sabah yağış yağacaq

{sape_links}{sape_article}