10:41 / 29-03-2024
Üçqat dünya çempionu həbs olunub
10:33 / 29-03-2024
AzTV Arayikin müsahibəsini niyə yaymayıb? - Açıqlama
10:09 / 29-03-2024
Türkiyənin 20 şəhərində əməliyyat: daha 70 FETÖ üzvü qandallanıb
09:49 / 29-03-2024
Xankəndidə yenə silah-sursat tapılıb
09:37 / 29-03-2024
Ağstafa rayon sakini narkotiklə tutulub
09:25 / 29-03-2024
Politoloq apellyasiya şikayəti verib
09:02 / 29-03-2024
Füzuli şəhərinə daha 35 ailə köçürülüb
04:10 / 29-03-2024
Ermənistan KTMT-də iştirakını dondurub
03:54 / 29-03-2024
Məşhur jurnalisti öldürmək istəyirlər
03:18 / 29-03-2024
UEFA AVRO-2024-ün reqlamentini dəyişdirə bilər
03:14 / 29-03-2024
Müqavilə imzalanıb: Ukraynaya bir milyon mərmi göndərirlər
03:01 / 29-03-2024
Klinton və Obama Baydeni dəstəkləmək üçün Nyu-Yorka gəlib
02:52 / 29-03-2024
Lavrov: “Putin Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaq qərarına təəccübləndi”
02:32 / 29-03-2024
Kiyevin süqutundan danışırlar: Ukraynanın müttəfiqləri ən pis ssenariləri nəzərdən keçirir
02:21 / 29-03-2024
Tanınmış jurnalist vəfat edib
01:53 / 29-03-2024
Ukrayna xəbərdar edir: Qara dənizdə təhlükə yenidən artıb
01:05 / 29-03-2024
Rusiya bazarını tərk edən şirkətlərin itkisi 107 milyard dolları ötüb - Foto
00:50 / 29-03-2024
Avtobus qəzasında 45 nəfər həyatını itirib
00:46 / 29-03-2024
Simonyan: “Müttəfiqimiz Rusiya ən kritik anda bizi aldatdı”
00:35 / 29-03-2024
Makron Ukrayna məsələsində özünü "Uşaq kralı" kimi aparır
00:01 / 29-03-2024
Hikmət Hacıyev: "Çinli dostlarımızla fəal işləməyi səbirsizliklə gözləyirik” - Video
21:47 / 28-03-2024
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
20:22 / 28-03-2024
Yazıçı Akif Əli ittifaq sədri seçilib - Fotolar
18:59 / 28-03-2024
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
18:04 / 28-03-2024
Mingəçevirdə yataqxanada yanğın olub
17:51 / 28-03-2024
Əfqanıstanda güclü zəlzələ baş verib
17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
17:32 / 28-03-2024
ARKA-da işçi qrupu yaradılır, yeni film çəkilir
18:40 / 24-03-2024
Rusiyada terror aktı: ölənlərin sayı dəqiqləşib - Həbslər var (Yenilənib) - Video
01:32 / 25-03-2024
Qanlı qarşıdurmalar Hollivud ulduzları arasında fikir ayrılığına səbəb olub
00:53 / 25-03-2024
Erməni kanalları Azərbaycanla bağlı yalan məlumat yayıb
23:09 / 24-03-2024
Hərbi qulluqçumuz özünü öldürüb
22:31 / 25-03-2024
Azərbaycan millisi Bolqarıstan yığması ilə qarşılaşıb - Yenilənib
00:23 / 26-03-2024
Millinin üzvlərinə vəd olunan 40 min manat verilməyəcək
17:17 / 24-03-2024
Prezident İlham Əliyev Putinə zəng edib
18:42 / 24-03-2024
Rusiyanın atdığı raket Polşa ərazisinə keçib
12:26 / 27-03-2024
Füzuli şəhərinə daha 134 nəfər köçürülüb - (Yenilənib)
21:14 / 25-03-2024
Rusiyada terror aktı: daha bir nəfər həbs olunub
13:26 / 24-03-2024
Bakıya yağış, rayonlara qar yağacaq
11:06 / 25-03-2024
İcra başçısına sui-qəsd hazırlayan şəxs həbs edilib - Video
Ali məktəblərə sənəd qəbulu başlayır
Tarix: 14-03-2019 18:45 | Bölmə: Cəmiyyət
Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elan edib.
Reyting.az-ın məlumatına görə, tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2019-cu il martın 15-dən aprelin 15-dək internet vasitəsilə aşağıdakı qaydada aparılacaq:
Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və təsdiq edirlər (etdirirlər).
Müsabiqədə iştirak ödənişlidir. “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) cari ildə keçirilən qəbul imtahanında (imtahanın ikinci mərhələsi üzrə keçirilən imtahanlarda ikinci dəfə iştirak istisna olmaqla) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq. Digər abituriyentlər isə ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqdan sonra onların şəxsi kabinetindəki hesabından çıxılır.
Ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanı iki mərhələdə həyata keçirilir və imtahanının ikinci mərhələsi iki dəfə (yaz və yay sessiyaları) keçirilir. Abituriyentlər hər iki imtahanda (hər sessiyada bir dəfə olmaqla) iştirak edə bilərlər. İkinci mərhələ üzrə hər iki imtahanda iştirak edən abituriyent ikinci imtahanı birincidəkindən fərqli ixtisas qrupu üzrə də verə bilər. Ərizələrində I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının ikinci mərhələsinin birinci imtahanında iştirak etmək istədiyini qeyd edən abituriyentlər, ikinci imtahanda da iştirak etmək istədikləri halda 2019-cu il mayın 30-dan iyunun 12-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə eservices.dim.gov.az/erizebak/erize internet səhifəsində qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün onlar tələb olunan məbləği şəxsi kabinetinin hesabına əlavə etməli, imtahan verəcəkləri ixtisas qrupunu seçməlidirlər. Ərizələrində birinci imtahanda iştirak etmək istədiklərini qeyd etməyən abituriyentlər isə qeydiyyatdan keçmədən ikinci imtahanda iştirak edirlər.
Abituriyentlər eyni zamanda ali təhsil müəssisələrinin I-IV ixtisas qruplarına daxil olan ixtisaslar, V ixtisas qrupuna daxil olan ixtisaslar və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilərlər. Bunun üçün onlar ərizələrində müvafiq istəklərini bildirməlidirlər.
Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir).
Qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) iştirak etməyən abituriyent ikinci mərhələyə, ikinci mərhələdə iştirak etməyən abituriyent isə I-IV ixtisas qrupları üzrə ixtisas seçiminə buraxılmır.
Qəbul imtahanının birinci mərhələsi 2019-cu ilin aprel ayında keçirilir. Azərbaycan Respublikasının tam orta təhsil müəssisələrini cari ildə bitirən abituriyentlər bu mərhələ üzrə imtahan vermirlər və müsabiqədə buraxılış imtahanında (zonalar üzrə 7, 14, 21 aprel) əldə etdikləri nəticələr əsasında iştirak edirlər. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının birinci mərhələsi aprelin 28-də keçiriləcəkdir.
I-IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsi iki dəfə keçirilir. İlk qəbul imtahanı (yaz sessiyası) I-IV ixtisas qrupları üzrə mayın 12-də, II-III ixtisas qrupları üzrə mayın 19-da keçiriləcək. İkinci imtahan (yay sessiyası) isə I-IV ixtisas qrupları üzrə iyunun 23-də, II-III ixtisas qruplari üzrə isə iyulun 7-də keçiriləcək. Abituriyentlər hər iki imtahanda iştirak edə bilərlər. Hər iki imtahanda iştirak edən abituriyent ikinci imtahanı birincidəkindən fərqli ixtisas qrupları üzrə də, eyni ixtisas qrupu üzrə də verə bilər.
V ixtisas qrupu üzrə müsabiqə qəbul imtahanının birinci mərhələsinin və qabiliyyət imtahanının nəticələrinə əsasən aparılır. Azərbaycan Respublikasının tam orta təhsil müəssisələrini cari ildə bitirib V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər müvafiq qəbul imtahanı vermirlər və müsabiqədə cari ilin buraxılış imtahanındakı nəticələri əsasında iştirak edirlər. Tam orta təhsil səviyyəsini əvvəlki illərdə və ya Azərbaycan Respublikasının hüdudları kənarında başa vuran abituriyentlər üçün imtahan aprelin 28-də keçiriləcək.
Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu
Orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2019-cu il martın 15-dan aprelin 15-dək internet vasitəsilə aşağıdakı qaydada aparılacaq:
Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər).
Müsabiqədə iştirak ödənişlidir. "Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət etmiş Azərbaycan Respublikasının vətəndaşlarının (ümumi təhsil müəssisələrini bitirən) cari ildə keçirilən imtahanda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq.

Abituriyentlər müsabiqədə iştirak etmək üçün Azərbaycan dili və ya rus dili (tədris dilinə uyğun olaraq), riyaziyyat və xarici dil fənlərindən qəbul imtahanı verirlər. Tam orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər qəbul imtahanı vermirlər və müsabiqədə bu üç fəndən buraxılış imtahanında əldə etdikləri nəticələr əsasında iştirak edirlər.
- Tədris dili Azərbaycan və rus dillərindən fərqli olan ümumi təhsil müəssisələrinin məzunları orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə təqdim etdikləri halda ərizədə qeyd etdikləri bölməyə uyğun olaraq Azərbaycan dili və ya rus dili fənnindən əlavə olaraq imtahan verirlər. Bu halda abituriyentlər imtahan üçün əlavə ödəniş edirlər. Ödəniş etmək üçün abituriyentlər şəxsi kabinetlərinin istifadəçi adı və parolundan istifadə etməklə tələb olunan məbləği şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər.
Bölməyə aid digər xəbərlər

Bu gün, 09:37
Ağstafa rayon sakini narkotiklə tutulub
Dünən, 18:04
Mingəçevirdə yataqxanada yanğın olub
Dünən, 17:38
Əməkdar artist vəfat edib
Dünən, 17:29
İcra başçısının qardaşını öldürən şəxsə hökm oxunub
Dünən, 15:14
34 qazi polisə işə götürülüb - Video
Dünən, 13:34
Baş Prokurorluğun keçmiş mətbuat katibi vəfat edib
Dünən, 12:21
Sabahın hava proqnozu açıqlanıb
Dünən, 10:54
Ağdərədə qumbaraatan və pulemyot tapılıb
Dünən, 09:32
Qurani-Kərimi təhqir edən siyasətçi saxlanılıb
Dünən, 00:35
Rusiyada daha iki jurnalisti həbs ediblər
27-03-2024, 22:59
Masallıda “Sağlamlıq körpüsü” layihəsi həyata keçirilib - Foto
27-03-2024, 22:45
Keçmiş milli təhlükəsizlik naziri vəfat edib - Yenilənib
27-03-2024, 18:37
Sumqayıtda xəstəxananın həyətindən körpə meyiti aşkarlanıb - Yenilənib
27-03-2024, 17:15
Bakıda liftin qapıları arasında qalan qadın ölüb
27-03-2024, 17:06
Prorektorun qətli: təqsirləndirilənlərə 15 il həbs cəzası istənilib
27-03-2024, 17:00
Azərbaycan beynəlxalq axtarışda olan şəxsləri Özbəkistana təhvil verib
27-03-2024, 15:14
"Bakıda yeni parklanma qiymətləri əhalinin qazancına uyğun deyil" - Deputatlardan açıqlamalar
27-03-2024, 12:19
Sabahın hava proqnozu açıqlanıb
27-03-2024, 11:42
Dağlıq rayonlarda qar yağıb
27-03-2024, 09:29
Sabirabad sakini 12 kiloqram narkotik vasitə ilə tutulub
27-03-2024, 00:31
Yeni superkeçirici kəşf olunub
26-03-2024, 21:31
Dəfn zamanı tabutdakı qardaşının qulağını kəsib
26-03-2024, 21:10
Moskvada terror törədən şəxslərin yaxınları istintaqa cəlb edilib
26-03-2024, 19:02
Abşeronda ağır qəza: bir nəfər ölüb, yaralılar var
26-03-2024, 12:55
Sabah hava necə olacaq? - Proqnoz
26-03-2024, 10:00
Ağcabədi sakini 4 kq heroinlə saxlanılıb
25-03-2024, 15:50
Hava şəraiti ilə bağlı əhaliyə müraciət olunub
25-03-2024, 13:44
Ölkənin ən gənc meri müşaviri ilə birlikdə öldürülüb - Foto
25-03-2024, 13:10
Sabah dağlıq ərazilərə qar yağacaq
24-03-2024, 11:34
Məktəb və musiqi kollecinin zirzəmilərindən silah-sursat tapılıb
24-03-2024, 00:07
Şəmkirdə 3 maşın toqquşub - İki nəfər ölüb, yaralılar var
23-03-2024, 13:44
66 yaşlı qadını öldürən Tofiq Balacayev saxlanılıb
23-03-2024, 13:20
Moskvadakı terror aktı zamanı azərbaycanlı da həlak olub
23-03-2024, 12:17
Sabahın hava proqnozu açıqlanıb
23-03-2024, 11:39
Rusiyanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb
22-03-2024, 13:17
Sabahın hava proqnozu açıqlanıb
22-03-2024, 13:02
Terminaldan 9161 manat oğurlayanlar tutulub - Fotolar
22-03-2024, 09:54
"Apple" şirkəti fırıldaqçılıqda ittiham olunur
21-03-2024, 17:58
İranlı narkotacirlərə kuryerlik edən Cəlilabad sakinləri tutulub
21-03-2024, 12:00
Goranboyda fermanı qəsdən yandıran şəxslər saxlanılıb