23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri işdən çıxarıldı - Sərəncam
Tarix: 15-03-2019 12:27 | Bölmə: Cəmiyyət
Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri işdən çıxarıldı

Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin vəzifədən azad edilməsi barədə sərəncam imzalayıb.

Reyting.az xəbər verir ki, bu barədə modern.az-a Akif Əliyə yaxın mənbə bildirib.

Qeyd edilib ki, bu il martın 19-da Akif Əli təqaüd yaşına çatır. Onun vəzifədən azad edilməsi bununla əlaqədardır.

Akif Əli 1994-cü il oktyabrın 10-dan Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri vəzifəsində işləyirdi. O. 2-ci dərəcə Dövlət müşaviridir.

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:54 Sabah yağış yağacaq
17-03-2024, 14:32 Sabah yağış yağacaq

{sape_links}{sape_article}