Soydaşlarımız Moskvada tədbir keçirəcək
Tarix: 22-03-2019 14:23 | Bölmə: Cəmiyyət
Soydaşlarımız Moskvada tədbir keçirəcək

Bu gün Ümumdünya Azərbaycanlıları İttifaqının və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun təşkilatçılığı ilə Novruz bayramı münasibətilə Moskva şəhərində mərasim keçiriləcək.


Tədbirin Təşkilat Komitəsindən verilən bilgiyə görə, təxminən 300 nəfərin dəvət edildiyi bayram tədbiri son illər Rusiya Federasiyasında Azərbaycan diasporunun keçirdiyi ən böyük mərasim olacaq.

Moskvanın görkəmli məkanlarından birində keçiriləcək bayram tədbirinə Moskva vilayətində və Rusiyanın bir çox regionlarında fəaliyyət göstərən Azərbaycan icmalarının təmsilçiləri, Rusiya Federasiyasında çalışan azərbaycanlı elm xadimləri, ictimai fəallar qatılacaqlar. Dəvətlilər arasında Rusiya Dövlət Dumasının təmsilçiləri, siyasilər, politoloqlar, ölkə ictimaiyyətinin tanınmış isimləri də var.

Təşkilat Komitəsi birlik, bərabərlik bayramı olan Novruzda Azərbaycan mədəniyyətinin daha geniş təbliği məqsədilə Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Pakistan, Gürcüstan, Tacikistan dövlətlərinin Rusiyadakı səfirliklərinin, Rusiyanın federasiya subyektlərindən Çeçenistan, Kabardin-Balkar, Dağıstan, Tatarıstan, Respublikasının Moskva nümayəndəliklərinin təmsilçilərini də mərasimə dəvət edib.

Bayram tədbirinin bədii hissəsində Azərbaycanın mədəniyyət və incəsənət xadimləri çıxış edəcək, əyləncəli yarışmalar keçiriləcək, qaliblərə qiymətli hədiyyələr paylanacaq.

Ümumdünya Azərbaycanlıları İttifaqı və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun prezidenti Fizuli Məmmədov Türkiyə paytaxtında keçirilən Turan Qurultayında iştirak etdiyi üçün onun bayram iştirakçılarına müraciətini Təşkilat Komitəsinin sədri Ceyhun Əliyev səsləndirəcək.

Qeyd edək ki, Ümumdünya Azərbaycanlıları İttifaqı və Dünya Azərbaycanlıları Mədəniyyət Fondu bundan öncə İtaliyada, Fransada, Holandiyada, Azərbaycanda və Türkiyədə də bayram tədbirləri keçirib.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
15-04-2019, 12:14 Bakıda dəhşətli intihar

{sape_links}{sape_article}