23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
“Ən yaxşı müəllim” 1 milyon dollar mükafat alıb
Tarix: 25-03-2019 13:03 | Bölmə: Cəmiyyət
“Ən yaxşı müəllim” 1 milyon dollar mükafat alıb

Dubay əmirliyində “Dünyanın ən yaxşı müəllimi” müsabiqəsinə yekun vurulub.

Dubayın rəsmi mətbuat xidmətinin yaydığı xəbərə görə, «Dünyanın ən yaxşı müəllimi» adını və 1 milyon dollar mükafatı Keniyadan olan keşiş Piter Tabiçi qazanıb.

Mükafatlandırma mərasimini amerikalı aktyor Hyu Cekman aparıb, qalibə mükafatı isə Dubay şahzadəsı Həmdan ibn Məhəmməd Əl-Maktum təqdim edib.

36 yaşlı Piter Tabaçı Keniyada orta məktəbdə dərs deyir və əmək haqqının böyük hissəsini kasıblara verir.

“Dünyanın ən yaxşı müəllimi” mükafatı 2015-ci ildən hindistanlı biznesmen Sanni Varkeyin xeyriyyə fondu tərəfindən təsis olunub.

Bu il müsabiqəyə 179 ölkədən 10 min ərizə daxil olub.(ONA)





Bölməyə aid digər xəbərlər
Dünən, 12:54 Sabah yağış yağacaq
17-03-2024, 14:32 Sabah yağış yağacaq

{sape_links}{sape_article}