14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Bakıdakı ticarət mərkəzində yanğın başlayıb - Fotolar
Tarix: 26-03-2019 09:29 | Bölmə: Cəmiyyət
Bakıdakı ticarət mərkəzində yanğın başlayıb

Bakının Nizami rayonu ərazisində yanğın hadisəsi baş verib.

Yanğın paytaxtın 8-ci kilometr adlanan ərazisindəki "Diqlas" ticarət mərkəzində qeydə alınıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvə və texnikası əraziyə cəlb olunub.

Reyting.az xəbər verir ki, FHN ticarət mərkəzində başlayan yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğınsöndürmə işləri və digər təxirəsalınmaz tədbirlər görülür.

Bakıdakı ticarət mərkəzində yanğın başlayıbBakıdakı ticarət mərkəzində yanğın başlayıb
Bakıdakı ticarət mərkəzində yanğın başlayıb




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}