Prezident Administrasiyasının qarşısında aksiya keçirmək istəyirlər - Səbəb
Tarix: 28-03-2019 10:40 | Bölmə: Cəmiyyət
Prezident Administrasiyasının qarşısında aksiya keçirmək istəyirlər

Bakı Şəhər İcra Hakimiyyəti “Diqlas” Ticarət Mərkəzindəki yanğından zərər çəkənlərin Prezident Administrasiyasının binası qarşısında keçirmək istədikləri etiraz aksiyasına reaksiya verib.

İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov bildirib ki, onlara zərərçəkənlərdən müraciət daxil olmayıb:

“Bizə bu barədə məlumat verilmədiyi üçün nəsə deyə bilmərik. Ümumiyyətlə, zərərçəkənlər bizə sabah Prezident Administrasiyasının qarşısında yığışacaqları ilə bağlı müraciət etməyiblər. Rəsmi icazə olmadığı üçün onlara icazə verilməyəcək. Mütləq şəkildə icazə olmalıdır”.

Qeyd edək ki, “Diqlas” Ticarət Mərkəzinin idarəedicilərindən biri olan Araz Rəhimovun təklifi ilə razılaşmayan zərərçəkənlər Prezident Administrasiyasının qarşısında yığışmaq haqda qərar qəbul ediblər.(News24.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}