16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Universitetə prorektor təyin olunub
Tarix: 29-03-2019 12:03 | Bölmə: Cəmiyyət
Universitetə prorektor təyin olunub

Azərbaycan Dillər Universitetinə yeni prorektor təyin olunub.

Rektor Kamal Abdulla tarix elmləri namizədi, dosent Tamam Cəfərovanı Təlim-tərbiyə işləri üzrə prorektor təyin edib. Məlumatı ali məktəbdən təsdiqləyiblər.

Təyinat bu gün Elmi Şuranın qərarı ilə rəsmi təsdiqini tapacaq.

Xatırladaq ki, Tamam Cəfərova 1957-ci il 5 aprel tarixində Bakıda anadan olub.

1966-1976-ci illərdə Bakı şəhər 180 saylı orta məktəbi qızıl medalla bitirib. 1976-1981-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. 2006-cı ildən Mərkəzi Seçki Komissiyasının üzvü, Parlamentdə azlıqda olan partiyaların təmsilçisidir.(AzEdu.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}