11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Cahangir Hacıyevin bacısı ölkəni tərk edərkən saxlanıldı - Foto
Tarix: 29-03-2019 13:02 | Bölmə: Cəmiyyət
Cahangir Hacıyevin bacısı ölkəni tərk edərkən saxlanıldı

Beynəlxalq Bankın həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılaraq, geri qaytarılıb. Ə. Hacıyeva Gürcüstana getmək istəyirmiş.

Reyting.az
-ın məlumatına görə, Ə. Hacıyeva Bizimyol.info-ya deyib ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qardaşı Cahangir Hacıyevin işi üzrə istintaq aparılarkən iki il əvvəl onun da ölkədən çıxışına məhdudiyyət qoyulub. Bu məhdudiyyətlə əlaqədar əvvəlcə yerli məhkəmələrə, daha sonra Avropa Məhkəməsinə şikayət edib.

Avropa Məhkəməsi ötən il dekabrın 13-də onun şikayəti üzrə qərar verərək, ölkədən çıxışına məhdudiyyəti hərəkət azadlığının pozuntusu kimi qiymətləndirib. Bu ilin yanvarında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi yenidən bu məsələyə baxıb. Hakim Xaliq İmanov məhdudiyyət qərarını qanunsuz hesab edib:

"Məhdudiyyətin götürüldüyünü nəzərə alıb, müalicəyə getmək istəyirdim. Hava limanında sərhəd xidmətində bildirdilər ki, Daxili İşlər Nazirliyi tərəfindən məhdudiyyət qoyulub”.

Cahangir Hacıyevin bacısı ölkəni tərk edərkən saxlanıldı
Ə. Hacıyeva

Ə. Hacıyeva martın 28-də Prezident İlham Əliyevə və Daxili işlər naziri Ramil Usubova məktub göndərib. Nazirdən ölkədən çıxışına məhdudiyyət qərarının ləğvini xahiş edən keçmiş bankirin bacısı Prezidentdən də kömək istəyib:

"2018-ci il sentyabrın 15-dən qardaşımla görüşə, telefonla danışa bilmirəm. Notariat əməliyyatları aparmaq belə mənə yasaq edilib. Anamın vəfatından sonra vərəsəlik şəhadətnaməsini belə ala bilmirəm, notariuslar bu əməliyyatı həyata keçirməkdən imtina edir. Cənab Prezident, bütün bunlara son qoyulmasında bizə köməklik göstərilməsini Sizdən xahiş edirəm”.

Xatırladaq ki, C. Hacıyev 2015-ci il dekabrın 5-də həbs olunub. O, Beynəlxalq Bankın vəsaitlərinin mənimsənilməsində təqsirli bilinərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hokum ilə 15 il azadlıqdan məhrum edilib. Hazırda bu məhkəmədə yenə də C. Hacıyevin mühakiməsi gedir. Haqqındakı ikinci cinayət işində C. Hacıyev dostu, keçmiş deputat Dünyamin Xəlilovun vasitəsilə yaradılan şirkətlərə bankdan milyonlarla kredit ayırıb onları birlikdə mənimsəməkdə ittiham olunur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}