Xərçəng xəstəliyindən qorunmağın asan yolu var - Qaydalar
Tarix: 29-03-2019 23:31 | Bölmə: Cəmiyyət / Xəbərlər
Xərçəng xəstəliyindən qorunmağın asan yolu var

Xərçəng bütün dünyada ürək-damar xəstəliklərindən sonra ən çox ölümə yol açan xəstəlikdir.

Reyting.az
xəbər verir ki, inkişaf etməkdə olan ölkələrdə bu xəstəliyin yayılma faizi artmaqdadır.

Ümumdünya Səhiyyə Təşkilatının beynəlxalq xərçəng araşdırmalarını apardığı GLOBOCAN adlı layihənin nəticələrinə görə, ötən il 18 milyon insana xərçəng diaqnozu qoyulub. Bu xəstəlikdən ölənlərin sayı isə 9,5 milyonu keçib.

Bəs xərçəngdən qorunmağın yolları varmı?

Xərçəng xəstəliyinin yaranmasında genetikanın 5-10, ətraf mühitin isə 90-95 faiz rolu var. Ətraf mühit faktorlarının 30 faizini qida rasionu təşkil edir. Dolayısı ilə sağlam qidalanaraq xərçəng riskini 30 faiz aşağı salmaq mümkündür. Üstəlik, sağlam qidalanma ilə yanaşı, hər gün 30 dəqiqə nizamlı yürüş etmək və ideal çəkidə qalmaqla bu faizi 40-a çıxara bilərsiniz.

Sağlam qidalanmaya dair tövsiyələr

1. Çoxçeşidli tərəvəz və meyvələrdən istifadə edin

Aparılan araşdırmalar sayəsində məlum olub ki, gündəlik meyvə və tərəvəz tələbatını təmin edənlər etməyənlərlə müqayisədə 10 faiz daha az xərçəng riski daşıyır. Bunun üçün hər gün mümkün qədər fərqli rənglərdə tərəvəz və meyvə yeyin. Çünki nə qədər fərqli rəngdə yesəniz, antioksidant çeşidi o qədər çox olar. Qadınlar gündə 2-3, kişilər isə 3-4 porsiya meyvə yeməlidir.

Tərəvəzlər həm vitamin, həm də mineral qaynağıdır. Bu cür qidalanma, xüsusilə, həzm sistemi orqanlarını xərçəngdən qoruyur. Gündə 2-3 qab çiy, 6-8 yemək qaşığı zeytun yağı ilə bişmiş tərəvəz yeməyi vərdiş halına gətirin. Meyvə-tərəvəzin mövsümü olmasına diqqət edin.

2. Taxıl və paxlalılar fəsiləsinə yaxın olun

Məşhur pəhriz menyuları sayəsində tək tip qidalanma faizləri artıb. Ancaq yaxşı qidalanmaq hər qidadan yetəri qədər qəbul etmək deməkdir. Yəni tək tip qidalanırsınızsa, əslində, sağlam qidalanmırsınız. Buna görə də karbohidratı həyatınızdan çıxarın. Taxıl B1 vitamini qaynağıdır.

B1 həm bədənin enerji sisteminin işləməsi üçün vacibdir, həm də xoşbəxtlik hormonu kimi tanıdığımız "serotonin"in əsas maddəsidir. Sağlam olmaq fiziki və ruhi baxımdan yaxşı halda olmaqdır.

Depressiya immun sistemini çökdürərək xərçəng də daxil olmaqla, bir çox sistematik xəstəliyin yaranma riskini artırır. Buna görə də hər gün tam buğda unundan çörək, yulaf, şorba və bukqur kimi taxıl qaynaqlı, həftədə minimum 2 dəfə mərci, paxla və noxud şorbası içməyə üstünlük verin.

3. Həftədə 2-3 gün balıq

Aparılan araşdırmalara görə, insan sağlamlığına bir çox faydası olan Omeqa3 yağ turşuları, eyni zamanda, xərçəngin yaranma riskini aşağı salır. Bu turşuların müdafiə potensialından faydalana bilmək üçün həftədə 2-3 dəfə buğlama və ya sobada bişirilmiş balıq yeyin.

4. Qırmızı ətdən istifadəni məhdudlaşdırın

Həddindən artıq qırmızı ət yemək mədə və bağırsaq xərçəngi riskini artırır. Buna görə də ətdən istifadəni həftədə 2 dəfədən çox etməyin. Maksimum 350 qr qırmızı ət yeyin. Ət bişirərkən qızartma və qovurma yerinə, sobada, buğda və qaynadılaraq bişirilmə üsullarına üstünlük verin. Ümumdünya Səhiyyə Təşkilatına görə, 50 qr ət xərçəng riskini 18 faiz artıra bilir.

5. Şəkərdən uzaq durun

Kəskin şəkildə rəfinə edilmiş şəkərdən istifadə həm enerji təminatını, həm də insulin səviyyəsini yüksəldərək yağ toxumasının artmasına səbəb olur. Artan yağ toxuması da xərçəng riskini artırır. Bunun qarşısını almaq üçün gündəlik 2000 kalorilik qida qəbulunuzun 100 kalorisinin şəkərdən alınmasına diqqət edin.

6. Probiotiklərə diqqət edin

Bağırsaqlar immun sistemimizin böyük əksəriyyətində məsuliyyət daşıyır. Bağırsaqlardakı hər hansı problem immun sistemini aşağı sala bilər. Bu da bir çox xəstəliyə səbəb olar. Bu xəstəlikdən biri də xərçəngdir. Bağırsaqlarda yaxşı və pis bakteriyalar balanslaşdırılmış formadadır. Lakin pis qidalanma, siqaret, stress və spirtli içki kimi zərərli təsirlərdən dolayı bu balans pozula bilər. Bunun üçün qatıq və kefir kimi təbii probiotik qidalardan istifadə edin. Gündə 3 fincan qatıq və ya kefir yeyin.

7. Doymamış yağ turşularını unutmayın

Tərkibində xərçəngə qarşı qoruyucu olan təkli və çoxlu doymamış yağ turşuları olan soya, kətan toxumu, fındıq və qoz kimi qidalara rasionunuzda yer açın. (Publika.az)




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}