16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Prezident və birinci vitse-prezident məktəblinin intiharının araşdırılmasını tapşırdı
Tarix: 11-04-2019 11:54 | Bölmə: Cəmiyyət
Prezident və birinci vitse-prezident məktəblinin intiharının araşdırılmasını tapşırdı

162 saylı tam orta məktəbin 8-ci sinif şagirdinin intiharı çox müzakirə olunur. Bunu dərk etmək lazımdır ki, istintaq gedir və araşdırmalar olmalıdır. Kimin bu işdə günahı varsa, onlara qarşı cinayət işi başlanacaq və cəza alacaq.

Reyting.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Onun sözlərinəgörə, sosial şəbəkələrdə işi dərk etməyən insanlar iradlar tutur və populist çıxışlar edirlər: “Xüsusilə qeyd etmək lazımdır ki, bu iş ölkə başçısının və birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətində və nəzarətindədir. Bununla bağlı aidiyyəti dövlət qurumlarına -Təhsil Nazirliyinə, Ailə, Qadın və Uşaq Məsələri üzrə Dövlət Komitəsinə, Daxili İşlər Nazirliyinə xüsusi tapşırıqlar verilib ki, bu iş ciddi araşdırılsın. Belə məsələlərdə diqqətli olmaq lazımdır. Çünki burada söhbər uşağın və ailənin hüquqlarından gedir” .

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}