Azərbaycan vətəndaşı Batumidə partlayıcı qurğu barədə zəngə görə tutulub
Tarix: 12-04-2019 13:13 | Bölmə: Cəmiyyət
Azərbaycan vətəndaşı Batumidə partlayıcı qurğu barədə zəngə görə tutulub

Batuminin patrul polisi partlayış təhlükəsi barədə yalan məlumat verdiyinə görə 28 yaşlı Azərbaycan vətəndaşını saxlayıb.

Reyting.az Gürcüstan mediasınaistinadən bildirir ki, istintaq məlumatına görə, günahlandırılan şəxs martın 31-də “112” xidmətinə zəng edərək Batumidəki “Şeraton” mehmanxanasındakı kazinoya partlayışı qurğu qoyulduğunu deyib.

Müəyyən olunub ki, zəng zamanı Azərbaycan vətəndaşı özü də həmin kazinoda olub.

Bundan sonra mehmanxana və kazino bir neçə saatlıq bağlanıb, orada istehkamçılar, kinoloqlar işləyiblər, polis və tibb işçiləri səfərbər olunub. Yoxlamadan sonra heç bir partlayıcı qurğu aşkar olunmadığından mehmanxana adi rejimdə işləməyə başlayıb.

Azərbaycan vətəndaşının günahı sübut olunarsa, onun 5 ildən 7 ilə qədər azadlıqdan məhum ediləcəyi gözlənilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}