İmişlidəki dəhşətli qətlin təfərrüatları məlum oldu
Tarix: 14-04-2019 15:21 | Bölmə: Cəmiyyət
İmişlidəki dəhşətli qətlin təfərrüatları məlum oldu

İmişli şəhərində iki azyaşlı uşaq anası Vahidə Məmmədovanın qətlinin təfərrüatları məlum olub.

Reyting.az ona-ya istinadən bildirir ki, hadisəni törədən İmişli rayonu, Qulubəyli kənd sakini, 25 yaşlı Orman Seyidov həmin gün həmkəndliləri – 24 yaşlı Hikmət Cəlalzadə və 25 yaşlı Anar Surxayzadə ilə ötən ilin noyabr ayında tanış olduğu Validə Məmmədovanın qaynı arvadı, 2 uşaq anası Ayşən Məmmədova ilə yaşadığı evdə növbəti görüşə gəlib.

O. Seyidov onunla birgə gələn H. Cəlalzadə və A. Surxayzadədən Ayşənin Emin Məmmədovun yaxınlıqda işlətdiyi mağazaya nəzarət etmələrini, əgər o, evə gələrsə, bu barədə ona xəbər vermələrini xahiş edib. Sonra O. Seyidov A. Məmmədovanın yaşadığı evə gəlib, onunla otaqda intim münasibətdə olarkən V. Məmmədova onları bir yerdə görüb.
V. Məmmədova həmin vaxt mobil telefonla A. Məmmədovanın əri E. Məmmədova zəng edərək məlumat vermək istəyib. Bunu görən O. Seyidov bir neçə dəfə yumruqla, daha sonra isə A. Məmmədovanın həyətdən gətirdiyi taxta parçası ilə V. Məmmədovanın boyun və baş nahiyələrinə zərbələr endirib. V. Məmmədovanın həmin zərbələrdən ölmədiyini görən O. Seydov onun ölmədiyini bildikdən sonra əynindəki gödəkçədən istifadə edərək onu boğaraq qətlə yetirib. Sonra isə meyiti A. Məmmədovanın gətirdiyi sintetik torbaya qoyub, yoldaşları H. Cəlalzadə və A. Surxayzadəyə zəng edərək avtomobili həmin evin yaxınlığına sürmələrini xahiş edib.

O. Seyidov H. Cəlalzadə ilə köməkləşərək meyit olan torbanı avtomobilin yük yerinə yerləşdiriblər. Sonra da meyiti Araz çayının üzərindən keçən körpüdən çaya atıblar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}