Keçmiş prezidentin arvadı öldü
Tarix: 15-04-2019 12:03 | Bölmə: Cəmiyyət
Keçmiş prezidentin arvadı öldü

Yuqoslaviyanın keçmiş prezidenti Slobodan Miloşeviçin arvadı Miriana Markoviç Rusiyadakı xəstəxanalardan birində vəfat edib.

Reyting.az Rusiya mətbuatına istinadla xəbər verir ki, onun 76 yaşı vardı.

Məlumata görə, keçmiş prezidentin dul xanımı 4 əməliyyat keçirib, son həftədə isə ağır vəziyyətdə olub.

Miriana Markoviçin Soçidəki xəstəxanalardan birində yatdığı bildirilir.

“Blic”in iddiasına görə Markoviç Moskvadakı klinikalardan birində ağciyər iltihabından ölüb.

Xatırladaq ki, Slobodan Miloşeviç 2002-ci ildə insanlıq əleyhinə soyqırıma görə ömürlük azadlıqdan məhrum olunub. O, 64 yaşında Haaqa həbsxanasında ürək tutmasından ölüb.

Onun həyat yoldaşı Miriana 2010-cu ildən siyasi sığınacaq verilən Rusiyada yaşayırdı. 2018-ci ildə Serbiyada Miriana barəsində məhkəmə hökmü çıxarılıb.

Reyting.azскачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
15-04-2019, 12:14 Bakıda dəhşətli intihar

{sape_links}{sape_article}