Jurnalistika fakültəsinin selfi çəkdirən tələbəsi yıxılıb öldü
Tarix: 15-04-2019 14:18 | Bölmə: Cəmiyyət
 Jurnalistika fakültəsinin selfi çəkdirən tələbəsi yıxılıb öldü

Tələbə Sidni Monfris baxımlı selfi çəkdirmək üçün Nyu-Yorkdakı Fordemsk universitetinin yeni açılan qülləsinə çıxıb.

Reyting.az xarici mediaya istinadən xəbər verir ki, may ayında universitetin jurnalistika fakültəsinin məzunu olacaq Sidni dostları ilə birgə 12 metr hündürlüyü olan qüllənin ən yuxarı nöqtəsinə qalxıb.

Burada özünün Instagram akkauntu üçün foto çəkən zaman Sidni müvazinətini itirərək aşağı yuvarlanıb.

Xilasedicilər 22 yaşlı qızı ərazidən çətinliklə çıxarıb xəstəxanaya aparıblar. Lakin bir neçə saat sonra valideynlərinin əhatəsində dünyasını dəyişib.

Jurnalistika fakültəsində təhsil alan Sidni InStyle nəşrində təcrübə keçirdi. O, may ayında bakalavr diplomu alacaqdı.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}