17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Bu ölkədə 4 gündə yol qəzalarında 237 nəfər öldü
Tarix: 15-04-2019 17:13 | Bölmə: Cəmiyyət
Bu ölkədə 4 gündə yol qəzalarında 237 nəfər öldü

Tailandda 4 gün davam edən Sonqkrana (Yeni ilin bənzəri) şənliklərində müxtəlif yol nəqliyyat qəzalarında ən azı 237 nəfər həlak olub, 2322 nəfər yaralanıb.

Reyting.az xarici mətbuata istinadən bildirir ki, 96 saat müddətində 2232 qəza baş verib. Qəzaların bu qədər çox olmasının səbəbi tailandlıların bayramı doğmalarının və yaxınlarının əhatəsində keçirmək üçün həmin günlədə ölkə ərazisində kütləvi şəkildə hərəkətləri ilə bağlıdır.

Ötən ilin müvafiq döbrü ilə müqayisədə qəzaların sayı 8,6 faiz, ölənlərin sayı 12,5, yaralananların sayı 8,1 faiz azalıb.

Əvvəlki illərdə olduğu kimi, qəzaların baş verməsinin başlıca səbəbi yenə içkili vəziyyətdə avtomobillərin idarə edilməsi və sürət həddinin keçilməsidir.

2018-ci ildə bir həftəlik Sonqkrana bayramı zamanı yol qəzalarında 418 nəfər ölüb, 3,8 min nəfər yaralanıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Tailandda hər gün yol qəzalarında orta hesabla 66 nəfər həlak olur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}