14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Əlillərə qulluq edənlərə Prezident təqaüdü veriləcək - Fərman
Tarix: 15-04-2019 18:11 | Bölmə: Cəmiyyət
Əlillərə qulluq edənlərə Prezident təqaüdü veriləcək

Azərbaycan Prezidenti İlham Əliyev “I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Prezident təqaüdü”nün təsis edilməsi haqqında fərman imzalayıb.

Reyting.az-ın xəbərinə görə, fərmanda bildirilir:

1.“Birinci dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 50 manat müəyyən olunsun.

2. Müəyyən edilsin ki, bu fərmanın 1-ci hissəsi ilə təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü:

2.1. 2019-cu il aprelin 1-dək I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara münasibətdə “Əmək pensiyaları haqqında” qanunda nəzərdə tutulan qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir;

2.2. təqaüdü almaq hüququ olan şəxslərdən yalnız birinə ödənilir;

2.3. bu məqsədlər üçün dövlət büdcəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılan xərclər hesabına həmin nazirlik tərəfindən bu fərmanın 3.1.2-ci yarımbəndində nəzərə tutulan qaydaya uyğun olaraq ödənilir.

3. Nazirlər Kabineti:

3.1. bir ay müddətində:

3.1.1. Azərbaycan Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Prezidentə təqdim etsin;

3.1.2. bu fərmanın 1-ci hissəsi ilə təsis edilən təqaüdün ödənilməsi qaydasını Prezident ilə razılaşdırmaqla təsdiq etsin;

3.1.3. Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin edib Prezidentə məlumat versin;

3.1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə Prezidentə məlumat versin;

3.1.5. bu fərmandan irəli gələn məsələləri həll etsin.

4. Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat versin.

5. Bu fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}