Kişi keçmiş arvadının indiki ərini bıçaqladı
Tarix: 16-04-2019 11:36 | Bölmə: Cəmiyyət
Kişi keçmiş arvadının indiki ərini bıçaqladı

Bakının Nizami rayonunda qısqanclıq zəminində bıçaqlanma qeydə alınıb.

Reyting.az bildirir ki, 32 yaşlı Mahir Nemətov keçmiş arvadının yenicə ailə qurduğu 24yaşlı Azad Ağayevlə əlbəyaxa dava edib və onu bıçaqlayıb.

Mahir Nemətov bundan sonra keçmiş qayınatası Fətulla Əhmədova da bıçaq zərbələri vurub. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Nizami rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsi saxlayıb. Araşdırma aparılır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}