16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Qardaş iki bacısını bıçaqladı, biri öldü
Tarix: 16-04-2019 12:26 | Bölmə: Cəmiyyət
Qardaş iki bacısını bıçaqladı, biri öldü

Aprelin 15-də gecə saatlarında Xəzər rayonu, Buzovna qəsəbəsi, Nəriman Əliyev küçəsində yaşayan, 43 yaşlı Muxtar Əlimanov sərxoş halda bacıları ilə mübahisə edib.

Reyting.az ona-ya istinadən bildirir ki, mübahisə zamanı Muxtar Əlimanov əvvəlcə bacısı, 55 yaşlı Səadət Əlimanova çoxsaylı bıçaq zərbəsi vurub.

Qadın hadisə yerində ölüb. O, sonra 57 yaşlı digər bacısı, Məlahət Əlimanova da bir neçə bıçaq zərbəsi vurub.

Məlahət Əlimanova ağır vəziyyətdə 3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağırdır.

Məlumata görə, saxlanılan Muxtar Əlimanov əvvəllər Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə məhkum olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}