16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Azərbaycanda zorakılığa məruz qalan uşaqlar üçün “Qaynar xətt” yaradılır
Tarix: 18-04-2019 15:01 | Bölmə: Cəmiyyət
Azərbaycanda zorakılığa məruz qalan uşaqlar üçün “Qaynar xətt” yaradılır

Bəzən bu və ya digər uşağın məişət zəminində zorakılıq, xüsusən mənəvi-psixoloji təzyiq hallarına məruz qalmaları, nəticədə öz həyatlarına qəsd etməsi faktları ilə rastlaşırıq. Bu da belə hallarla qarşılaşan uşaqlara daha yaxın olmaq, onlara vaxtında və ehtiyac duyduqları mənəvi-psixoloji dəstəyi göstərmək zərurətini artırır. Bununla əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində adekvat cavab tədbiri, eyni zamanda, həmin uşaqlara proaktiv yönümlü dəstəyin təmin edilməsi üçün ayrıca bir "Qaynar xətt"in yaradılması nəzərdə tutulur.

Reyting.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan Nümayəndəliyinin rəhbərinin müavini xanım Min Yuan və nümayəndəliyin digər əməkdaşları ilə nazirlikdə keçirilən görüşdə bildirib.

O, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial sığınacaq və reabilitasiya müəssisəsində baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların reabilitasiyası, normal həyata dönüşü üçün kompleks işlərin aparıldığını bildirib.

Onun sözlərinə görə, yaradılması nəzərdə tutulan Qaynar xətt də zorakılıq, mənəvi-psixoloji təzyiq halları ilə üzləşən uşaqların operativ şəkildə dəstək tədbirləri ilə əhatə olunmasına xidmət edəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}