17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Azərbaycanda bu məhkəmə sədrinin və hakimlərinin maaşı artırıldı
Tarix: 18-04-2019 16:46 | Bölmə: Cəmiyyət
Azərbaycanda bu məhkəmə sədrinin və hakimlərinin maaşı artırıldı

Azərbaycan Prezident İlham Əliyev “Konstitusiya Məhkəməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Reyting.az bildirir ki, dəyişiklik Konstitusiya Məhkəməsi hakimlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlıdır.

“Konstitusiya Məhkəməsi haqqında” qanunun 71-ci (Konstitusiya Məhkəməsi hakiminin əmək haqqı) maddəsinin 2-ci bəndi yeni redaksiyada verilib:

“Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı Milli Məclis sədrinin aylıq vəzifə maaşına (2 475) bərabərdir”.

İndiyədək isə bənd belə idi:

“Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 2 335 manatdır”.

Qanunun 73-cü (Konstitusiya Məhkəməsi hakiminin başqa təminatları) maddəsinə də dəyişiklik olunub.

Dəyişikliyə əsasən, Konstitusiya Məhkəməsinin hakiminə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}