17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
İŞİD-çilərə Azərbaycanla bağlı təhlükəli göstəriş verilib – Polislər və ailə üzvləri də hədəf seçilib
Tarix: 11-07-2016 12:11 | Bölmə: Cəmiyyət


Türkiyənin "Milliyət” qəzeti sensasiyalı xəbər dərc edib. Xəbərdə iddia olunur ki, "İslam dövləti” qruplaşması (İŞİD) Türkiyə və Avropaya gedəcək terrorçuları Azərbaycan, Kipr və Gürcüstan üzərindən göndərməyə başlayıb.

İddiaya görə, İŞİD son dövrdə Şimali Qafqazdakı əlaltılarına Türkiyə və Azərbaycanda aksiyalar keçirmək tapşırıqları verib.

O da bildirilir ki, Azərbaycandakı və Şimali Qafqazdakı İŞİD-çilər Türkiyə və Azərbaycanda "canlı bomba” hücumları həyata keçirməyi planlaşdırıblar.

Terrorçuların Azərbaycandakı əsas hücum hədəflərinin polislər və onların ailə üzvlərinin olacağı iddia edilir.

Reyting.az

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}