Bir milyon dollardan çox vəsaiti ölkəyə gizli şəkildə gətiriblər - Hüquq müdafiəçisi məlumat yaydı
Tarix: 12-07-2016 14:32 | Bölmə: Cəmiyyət / Xəbərlər


Azərbaycan QHT-ləri ötən il ərzində ABŞ-ın NED Fondundan 1 056 221 ABŞ dolları qrant alıb.

Reyting.az xəbər verir ki, bu açıqlamanı öz Facebook profilində tanınmış hüquq müdafiəçisi Sahib Məmmədov yayıb.

Sahib Məmmədov daha sonra yazıb:

"Əsas istiqamətlər seçki monitorinqi, KİV, Vətəndaş Cəmiyyəti islahatları və s. mövzulardır. Pul alan QHT-lər barədə məlumat verilməsə də, əsas alıcı Vətəndaş Cəmiyyəti Platforması adlı koalisiya olub”.

S.Məmmədov daha sonra nəzərə çatdırıb ki, NED tərəfindən ayrılan qarntların həcmi 2013-cü ildən sonra bir neçə dəfə artıb:

"Alınan qarantların hamısı ölkəyə gizli şəkildə daxil olub (əslində hamı bilir kim alıb, o cümlədən hökumətdəkilər) və qeydə alınmayıb”.

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}