Azərbaycan əhalisinin sayı açıqlandı – Statistik göstəricilər
Tarix: 14-07-2016 11:32 | Bölmə: Cəmiyyət / Xəbərlər


2016-cı il iyunun 1-nə olan məlumata əsasən Azərbaycan əhalisinin sayı 9 milyon 747 min 400 nəfərə çatıb. İlin əvvəlindən ölkə əhalisinin sayı 41,8 min nəfər və ya 0,4 faiz artıb.

Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfər olub.

Ölkə əhalisinin ümumi sayının 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinləri, 49,8 faizi kişi, 50,2 faizi isə qadındır. Hazırda hər 1000 kişiyə 1007 nəfər qadın düşür.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-may ayları ərzində ölkədə 65 min 300 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 16,3 nəfər təşkil edib. Doğulan körpələrin 53,2 faizi oğlan, 46,8 faizi qız uşaqlarından ibarət olub. Körpələrin 1174-ü əkiz, 30-u üçəm doğulub.

Cari ilin yanvar-may ayları ərzində ölkədə 24 min 300 min ölüm halı qeydə alınıb, əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1 nəfər olub.

 

 





Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}