“Qafqaz” Universitetini bağlayırlar – Təhsil Nazirliyinə müraciət edildi
Tarix: 20-07-2016 14:00 | Bölmə: Cəmiyyət


"Qafqaz” Universitetinin təsisçisi Azərbaycanın Təhsil Nazirliyinə müraciət edərək, bu gün universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat verib.

Reyting.az-ın xəbərinə görə, Təhsil Nazirliyindən Lent.az-a verilən məlumatda bildirilir ki, bununla bağlı müvafiq rəsmi sənədlər Nazirliyə daxil olandan sonra "Qafqaz” Universitetində təhsil alan tələbələrin təhsillərinin davam etdirilməsini təmin etmək məqsədilə müvafiq İşçi Qrupu yaradılacaq və onların yerləşdirilməsi prosesi aparılacaq.

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}