80 yaşlı kimi görünən 4 yaşlı uşaq - Fotolar
Tarix: 29-07-2016 11:24 | Bölmə: Cəmiyyət

 

"Başqa uşaqlar məndən qorxurlar”. Bunu deyən uşağın cəmi dörd yaşıvar, ancaq 80 yaşlı qoca kimi görünür.

Reyting.az xəbər verir ki, Banqladeşin cənubunda doğulmuş Bəyazid Hüseyn adlı qeyri-adi uşaq zahiri görünüşü ilə hamını heyrətləndirir. Şişmiş üzü, batıq gözləri, sallaq dəri, çürük dişlər, oynaqlarındakı ağrılar və s.-dən əziyyət çəkən B.Hüseynin cəmi dörd yaşında olmasına inanmaq çətindir. O, yaşıdlarından zəkasının üstünlüyü ilə fərqlənir.

Bəyazidi 14 yaşında olarkən dünyaya gətirmiş anası Tripti xanım övladının zehni qabiliyyətinə heyrandır. Gənc ana deyir ki, oğlu üç yaşında diş çıxarıb və elə həmin yaşda da yeriməyə başlayıb. "Bir-birimizi yaxşı başa düşürük. Ancaq onu bu cür görmək bir ana kimi ürəyimi ağrıdır. Qeyri-adi uşağı görmək üçün növbəyə duranlar var. Həkimlərə gəlincə, onlar bu təzahürə izah verə bilmirlər”,-deyə Tripti xanım bildirib.









Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}