16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Sabah 7000-dən çox müəllim imtahan verəcək
Tarix: 07-12-2016 15:03 | Bölmə: Cəmiyyət

Dekabrın 8-də Kürdəmir rayonunda müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.

Reyting.az saytı Təhsil Nazirliyinə istinadla bildirir ki, diaqnostik qiymətləndirmə üç gün davam edəcək və imtahanlarda 7000 nəfərdən çox müəllimin iştirakı gözlənilir.

İmtahanlar Kürdəmir Olimpiya İdman Kompleksində keçiriləcək. Kürdəmirlə yanaşı, Ağsu, Ucar, Ağcabədi və Zərdab rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər də imtahan verəcəklər.

Nazirlik bildirir ki, ötən il İmişli və Saatlı rayonları üzrə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər də bu imtahanlara qatılacaqlar. Həmçinin Şuşanın Mingəçevir şəhərində, Ağdam və Göyçay rayonlarında yerləşən ümumi təhsil müəssisələrinin müəllimləri Kürdəmirdə keçiriləcək diaqnostik qiymətləndirməyə cəlb ediləcəklər.

Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlər dq.edu.az saytına daxil olmaqla "Şəxsi səhifə” bölməsindən imtahanların keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilərlər. Eyni zamanda həmin səhifə vasitəsilə məlumatların dürüstlüyünü yoxlamaq mümkündür. Uyğunsuzluq aşkar edildiyi təqdirdə yerli təhsili idarəetmə orqanlarına müraciət edilə bilər.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}